Yeni dinozavr növü aşkarlandı

Şimali Karolina Dövlət Universitetinin amerikalı paleontoloqları Şimali Amerikada təxminən 99 milyon il əvvəl yaşamış yeni dinozavr növünü aşkarlayıblar.

Sürünənlərin bu növü dərin çuxurlar qazaraq yeraltı həyat tərzi keçirib.

Tədqiqat “The Anatomical Record” elmi jurnalında dərc olunub.

Aşkarlanmış növə “Fona herzoage” və ya sadəcə fona adı verilib.

Qalıqların təhlili göstərib ki, bu heyvan təxminən çoban iti boyda, nisbətən kiçik, ot yeyən kərtənkələ olub.

Fona dinozavrları indiki Yuta ştatında yaşayıb. 99 milyon il əvvəl burada böyük bir su ekosistemi olub.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi