Yelmar Vəliyev azyaşlı nəvəsi üçün aldığı 200 minlik maşını satdı – FOTO

Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Yelmar Vəliyev azyaşlı nəvəsi üçün xüsusi yığdıraraq Dubaydan gətizdirdiyi avtomobili satıb.

Bu barədə bildirilib ki, sabiq başçı oğlu Elmir Vəliyevin oğlu üçün xüsusi olaraq yığdıraraq Dubaydan gətizdirdiyi bahalı maşını artıq satıb.

Məlumata görə, “Porsche” markasına aid olan avtomobil xüsusi zövqlə 100 min dollardan da baha qiymətə (200 min manata yaxın) hazırlanıb və sabiq başçı onu azyaşlı nəvəsinə ad günündə hədiyyə edib.

Həmçinin iddialara görə, avtomobil dəfələrlə paytaxt küçələrində görüntülənib və sükanın arxasında Elmir Vəliyevin olduğu məlum olub.

Related posts

İran öz ərazisindən Azərbaycanın Qarabağa doğru irəliləməsinə icazə verdi – video

Qalibaf Xanım Həkimənin (ə) qapısına getdi

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi