Yeganə “McLaren Senna GTR” hərraca çıxarıldı – FOTO

Böyük Britaniyanın “Lanzante” tüninq atelyesi tərəfindən 1995-ci ildə “Le Manda 24 saat” yarışında “McLaren”in qələbəsinin 25-ci ildönümü şərəfinə seriya çərçivəsində yaradılmış “McLaren Senna GTR LM 25” unikal idman avtomobili mayın 10-11-də Monakoda keçiriləcək “RM Sotheby’s”in hərracına çıxarılıb.

Lotun gözlənilən qiyməti 1,4-1,6 milyon avro təşkil edir.

“LM 25 Edition” seriyası “600LT”, “765LT” və “Senna” kupesi də daxil olmaqla yeddi avtomobildən ibarət olub. Hərraca çıxarılan “McLaren Senna GTR” trek avtomobilidir, lakin “Lanzante” onu dəyişdirərək Böyük Britaniya yolları üçün qeydiyyatdan keçirib.

Avtomobilin kapotunun altında iki turbinli 825 at gücünə malik standart “Senna GTR” 4 litrlik V8 mühərriki var. Karbon hissələrindən istifadə edilən yenilənmiş kuzov dəsti sayəsində “Senna GTR LM 25”in çəkisi orijinal avtomobilin çəkisindən 40 kiloqram yüngüldür.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi