Yazıçılar Birliyinin qurultayında dava düşdü (Video izlə)

Yazıçı Anarın Azərbaycan Yazıçılar Birliyinin XIII qurulyatında yenidən birliyin sədri seçilməsi davaya səbəb olub.

Gənc yazarlar Anara etiraz ediblər. Onlar uzun müddət bu postu tutan yazıçının yenidən sədr seçilməsinin ədalətli olmadığını deyiblər.

Davaya səbəb şairlər Emil Rasimoğlu və Fuad Cəfərlinin AYB sədrliyinə namizədliyinin səsə qoyulmaması olub.

Sədarət onların namizədliyinin səsə qoyulmamasını qurultay iştirakçılarının Anarı dəstəkləməsi ilə izah edib. Bu isə gənclərin etirazı ilə qarşılanıb. Onlar seçkinin düzgün keçirilmədiyini və nəticələrin qanunsuz olduğunu bildiriblər.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir