Yaşamaq üçün dünyanın ən yaxşı şəhərləri açıqlandı – FOTO

Avstriyanın paytaxtı Vyana dünyanın yaşamaq üçün ən yaxşı şəhəri seçilib.

Vyana artıq ikinci ildir ki, reytinqdə ilk yeri tutur.

Bu barədə “The Economist Intelligence Unit” qlobal anlayışlar və bazar analitikası (EIU) şirkətinin illik hesabatında bildirilib.

Reytinq onlarla göstərici üzrə ballar əsasında tərtib edilir. Əsas meyarlar kimi inkişafın sabitliyi, ətraf mühitin vəziyyəti, səhiyyə, təhsil və infrastruktur obyektləri ilə təminat amilləri götürülür. Bütün bunların nəticəsində Vyana 98,4 göstərici ilə ən çox xal toplayıb.

İkinci yerdə isə 98 xalla Kopenhagen qərarlaşıb. Siyahının ilk 3-lüyünü 97,7 bal toplayan Melburn bağlayıb.

Siyahıda daha aşağı sıralarda Sidney (97,4), Vankuver (97,3), Sürix (97,1), eləcə də hər biri 96,8 xal toplayan Kalqari və Cenevrə şəhərləri də yer alıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi