Yarımçıq körpü iki ildə ikinci dəfə uçdu (Video izlə)

Hindistanın şərqindəki Bihar ştatında Qanq çayı üzərində tikilməkdə olan avtomobil körpüsünün bir hissəsi uçub.

Hadisə Bhaqalpur rayonunda baş verib. Körpünün uçması nəticəsində xəsarət alan olmadığı bildirilsə də, hadisədən sonra yaxınlıqdakı şirkətin mühafizəçisi itkin düşüb. Xilasedicilər onun axtarışına başlayıblar.

İnsidentin ilkin səbəbi kimi bərkidilməmiş kabel dayağı göstərilir. Yerli hakimiyyət orqanları strukturda ciddi qüsurların olduğunu bildiriblər.

Körpünün uçması sakinlərin narazılığına səbəb olub, onlar inşaatçıları keyfiyyətsiz tikinti materiallarının istifadəsində ittiham ediblər.

Hadisədən sonra səlahiyyətlilər araşdırmaya və günahkarların müəyyən edilməsinə göstəriş veriblər.

Körpünün tikintisi 2014-cü ildən davam edir. 2020-ci ilin martına planlaşdırılan istismar tarixi artıq 8 dəfə təxirə salınıb. Ötən ilin aprelində dördzolaqlı körpünün bir hissəsi yağış və güclü külək nəticəsində uçub. Həmin vaxt çökməyə səbəb kimi trosun boşalması göstərilsə də, mütəxəssislər qəzaya səbəb kimi keyfiyyətsiz tikinti materiallarından istifadə edildiyini bildiriblər. İkinci çökmə körpünün tamamlanmasını ən azı daha üç il gecikdirə bilər.

Körpünün ilkin dəyəri 200 milyon dollar qiymətləndirilirdi.

Related posts

21avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

18 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

17 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)