Yardıma gedən helikopterin özünə kömək lazım oldu – FOTO

İtaliyada elektrik xətlərini təmir etmək üçün köməyə gedən helikopter seldən zərər çəkmiş ərazidə qəzaya uğrayıb.

Məlumata görə, 4 nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Helikopter özəl şirkətə məxsusdur. Qəzadan əvvəl pilot təcili enişə cəhd edib.

İtaliyanın şimalında güclü yağışların səbəb olduğu daşqınlarla bağlı vəziyyət son dərəcə çətin olaraq qalır. Yağış cəbhəsi Adriatik dənizinin sahillərinə doğru irəliləyir, burada Ravenna bölgəsində çay daşqınları gözlənilir. Orada 27 mindən çox insan təxliyə edilib. Sel nəticəsində onlarla yaşayış məntəqəsinin əlaqəsi kəsilib. Minlərlə insan işıqsız qalır. İçməli su və ərzaq çatışmazlığı barədə məlumatlar yayılır.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi