Yaponiyanın ən yaşlı şahzadəsi 100 yaşını qeyd etdi – FOTO

Yaponiyanın imperator ailəsinin ən yaşlı üzvü olan şahzadə Yuriko bazar günü 100 yaşını qeyd edib.

Məlumata görə, o, 18 yaşında ailəyə qoşulub. Yurikonun həyat yoldaşı şahzadə Mikasa 2016-cı ildə 100 yaşında vəfat edib.

“Mən günlərimi insanların xoşbəxtliyi üçün dua edərək keçirməyə davam etmək istərdim”, – deyə şahzadə bildirib.

Hazırda o, Tokionun Minato rayonundakı Akasaka malikanəsindəki evində sağlam həyat tərzi sürür. Keçən ilin iyulunda Yuriko koronavirus infeksiyasına görə iki həftə xəstəxanada yatmışdı.

Sağlamlığını qorumaq üçün şahzadə hər səhər təxminən 15 dəqiqə gimnastika edir. Hava gözəl olanda o, günəşdən həzz almaq və mobil kreslosunda gəzinti etmək üçün mülkün bağçasında vaxt keçirir. Şahzadənin gündəlik işinə bir neçə qəzet və jurnal oxumaq da daxildir. O, həmçinin televiziyada beysbol oyunlarına, xəbərlərə və digər proqramlara baxmağı xoşlayır.

Şahzadə Yuriko 1923-cü ildə Vikont Masanari Takaqinin ikinci qızı olaraq anadan olub. 1941-ci ildə şahzadə Mikasa ilə ailə qurub və ona üç oğul, iki qız bəxş edib. Şahzadənin doqquz nəvəsi və səkkiz nəticəsi var.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi