Yaponiyada tapılan qalıqların radarlardan itən “Qara qartal”a aid ola biləcəyi bildirildi – FOTO

Yaponiyada hərbi helikopterin qalıqları tapılıb.

Bu qalıqların dünən anidən radarlardan itən “UH60” hərbi helikopterinə aid olduğu ehtimal edilir.

Göyərtəsində 10 nəfərin olduğu Yaponiya hərbi helikopterinin Okinava bölgəsində dənizə düşdüyü təxmin edilir. Belə ki, axtarış-xilasetmə əməliyyatları zamanı dənizdə helikopterin hissələri olduğu düşünülən qalıqlar aşkarlanıb. Dənizdə neft izləri və rotor qanadına aid ola biləcək hissələr tapılıb.

Bu barədə yaponiyalı general Yasunori Morişita Tokioda jurnalistlərə məlumat verib. “Biz havada qəzanın baş verdiyinə inanırıq”, – deyə o qeyd edib.

Xatırladaq ki, dünən günorta saatlarına Yaponiyaya məxsus “Black Hawk” (“Qara qartal”) kimi tanınan “UH60” helikopteri Miyako adası yaxınlığında radarların ekranlarından itib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi