Yaponiyada sərnişin və hərbi təyyarələri toqquşdu: Ölənlərin sayı artır (Video izlə)

Tokioda  “JAL-516” ilə toqquşan nəqliyyat təyyarəsinin altı ekipaj üzvündən beşinin öldüyü təsdiqlənib.

Bu barədə yerli NHK telekanalı məlumat verib.

Bildirilir ki, təyyarə komandiri yaralıdır, onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, sosial şəbəkələrdə “JAL-516”dan sərnişinlərin təxliyəsi ilə bağlı görüntülər yayılıb.

10:40

Tokionun Haneda hava limanına eniş edən “Japan Airlines”ə məxsus sərnişin avialayneri Sahil Mühafizəsinə məxsus DHC-8 hərbi-nəqliyyat təyyarəsi ilə toqquşub. Nəticədə nəqliyyat təyyarəsinin dörd heyət üzvü həlak olub.

Bu barədə yerli NHK telekanalı xəbər yayıb.

Bildirilir ki, “JAL-516”da ümumilikdə 367 sərnişin olub. Onların hamısı təxliyə ediliblər.

Sosial şəbəkələrdə yanan təyyarənin göyərtəsindən kadrlar paylaşılıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi