Yaponiyada məşhur Fuji dağını turistlərə göstərməyəcəklər -FOTO

Mt. Fuji, Japan viewed from Chureito Pagoda in the autumn.

Yaponiyanın Fujikavaqutiko şəhər rəsmiləri məşhur turistik obyekt sayılan Fuji dağının mənzərələrini görməyə maneə törədən qoruyucu qara ekran quraşdırıblar. Belə ki, yerli sakinlər və iş adamları bu dağı görmək üçün gələn turistlərin sıxlıq yaratmasından dəfələrlə şikayət ediblər.

Məlumata görə, “Lawson” mağazasının qarşısında hündürlüyü 2,5, uzunluğu 20 metr olan qara parçadan hazırlanmış qoruyucu ekran quraşdırılıb. Quraşdırma işləri çərşənbə axşamı başa çatıb.

Xarici turistlərin cəlb edilməsi Yaponiya hakimiyyətinin əsas məqsədlərindən biridir. Lakin xaricdən gələn ziyarətçilərin sayı son aylarda rekord sürətlə artır və bəzi ərazilər həddindən artıq turist axını ilə üzləşir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi