Tokionun mərkəzindəki Cojoji məbədində iyulun 8-də sui-qəsd nəticəsində öldürülən Yaponiyanın keçmiş baş naziri Şinzo Abe ilə vida mərasimi keçirilir. Mərasim gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə müşayiət olunur.
Əraziyə polis patrul dəstələri nəzarət edir, bütün girişlərdə təhlükəsizlik və hüquq-mühafizə orqanlarının əməkdaşları yerləşdiriliblər.
Mərasimdə sabiq baş nazirə yaxın olan ailələr, dostları və iş yoldaşları iştirak edirlər. Abenin dul arvadı Akie başsağlıqlarını qəbul edir.
Baş naziri tanıyan onlarla insan, o cümlədən parlament üzvləri, tanınmış siyasətçilər, keçmiş baş nazir Yoşihide Suqa və keçmiş müdafiə naziri Tomomi İnada Abenin xatirəsini ehtiramla yad etməyə gəliblər.