Yanmış “meyit”i tapılan biznesmenə hökm oxundu – FOTO

Sabirabad rayonunun Bulduq kəndi ərazisində avtomobilində yanmış sümüklərinin tapıldığı bilinən, amma 6 ay sonra Bakıda sağ-salamat tutulan iş adamı Rafət Qəniyevin məhkəmə araşdırması başa çatıb.

12 nəfərə qarşı dələduzluqda ittiham olunan Qəniyevə bu gün hökm oxunub.

Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmə heyətinin hökmü ilə R.Qəniyev 8 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2021-ci ilin noyabrında “KİA” markalı avtomobilinin yanması və Rafət Qəniyevin tam yanmış meyitinin tapılması ilə bağlı rəsmi məlumat yayılıb.

İstintaq tədbirləri ilə onun direktoru olduğu “Kaspian İnşaat MB” MTK-ya məxsus mənzilləri dələduzluq yolu ilə müxtəlif şəxslərə satdığına görə barəsində araşdırmalar aparıldığından avtomobilə it sümükləri qoyaraq qəsdən yandırması və özünü ölmüş kimi qələmə verməsi müəyyən olunub.

Lakin iş adamı “ağıllı” planını sona kimi həyata keçirə bilməyib. O, 6 ay sonra Yasamal rayonunda televizor alarkən saxlanılıb.

Related posts

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO