Yanğınsöndürəndən cəsarətli addım – VİDEO

Nəsimi rayonunda, mənzildə yanğın hadisəsi baş verib.

Hadisə Asif Məhərrəmov, 34 ünvanında qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub:

“Yanğın mənzilin mətbəxində baş verib. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinə imkan verilməyib və qısa müddətdə söndürülüb”.

Qeyd edək ki, yanğınsöndürənlərdən biri yanğının qarşısını almaq üçün təhlükəni gözə alaraq pəncərədən mənzilə daxil olmağa çalışıb.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir