“Yalvarış” diplomatiyasını rədd edirik!

Ali Rəhbər Hz.Ayətullahul Uzma Xamenei bu gün (21 may) İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmiləri və səfirləri ilə görüşündə ölkədən uzaqda yerləşən, eləcə də yaxın və qonşu İslam ölkələri ilə əlaqələrin siyasi xəttinin əhəmiyyəti barədə çıxış edərkən “bu gün dünyanın bir neçə böyük və mühüm dövlətlərinin bəzi hadisələrdə o cümlədən beynəlxalq siyasətin əsas istiqamətlərində İran İslam Respublikası ilə əməkdaşlığı və həmrəyliyi görünməmiş bir hadisədir və biz bu fürsəti layiqincə dəyərləndirməli, həmin ölkələrlə əlaqələri daha da gücləndirməliyik” deyib.

Fars İnfromasiya Agentliyinin məlumatına əsasən, Həzrət Ayətullah Uzma Xamenei uğurlu xarici siyasətin əsas meyar və göstəricilərini də nəzərdən keçirərək vurğulayıb ki, xarici siyasətdə iqtidar “yalvarış ” diplomatiyasının rədd edilməsi, “Hikmət” dedikdə beynəlxalq əlaqələrdə tədbirli addım və “məsləhət” dedikdə isə, yəni çətin maneələrin dəf edərək öz yoluna davam etdirmək üçün çevik və məqsədəuyğun olaraq irəliləməsi mənasını verir və bu İran diplomatiyasında üç əsas açar söz olaraq dəyərlədirib.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya