Yair Lapidin Türkiyəyə səfərində anti-İran hədəfləri

QafqazTimes xəbər verir ki, İsrailin xarici işlər naziri Yair Lapidin Türkiyəyə səfəri ərəfəsində işğalçı rejimin mediası bu səfərin anti-İran hədəflərə malik olması barədə məlumat yayıb.

Knessetin buraxılması və dörd il ərzində beşinci seçkinin keçməsi ilə bağlı yaranan böhran hələ də mühüm xəbər olaraq qalmasına baxmayaraq, Təl-Əvivin xarici işlər naziri Yair Lapid cümə axşamı (bu gün) türkiyəli həmkarı ilə görüşmək üçün Türkiyəyə getməyi planlaşdırır.

Sionist “Haaretz” qəzeti və Kan telekanalının Teleqram kanalı Yair Lapidin Türkiyəyə səfərinin səbəbi və danışıqlarının əsas mövzusuna toxunaraq, onun İrana qarşı məsləhətləşməsini bu səfərin əsas mövzusu adlandırıb.

Kan telekanalı açıqlamasında bildirib: “Xarici işlər naziri Yair Lapid bu səhər siyasi səfər üçün Ankaraya gedəcək və bu səfər zamanı türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək. İki nazir İran terrorizmi ilə mübarizədə iki ölkə arasında daha sıx əməkdaşlığı müzakirə edəcəklər.”

“Haaretz” qəzetinin məlumatına görə, görüşün mövzusundan xəbərdar olan mənbələr
görüşün əsas diqqət mərkəzində iki ölkə arasında münasibətlərin gücləndirilməsi ilə yanaşı, təhlükəsizlik məsələlərinin də olacağını bildiriblər. Eyni zamanda, hər iki xarici işlər naziri səfirlərin iki ölkənin səfirliklərinə qayıdıb-qayıtmayacağı ilə bağlı hələ qərar verməyiblər.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur