Yair Lapid ölümlə təhdid olundu

QafqazTimes xəbər verir ki, İsrail polisi çərşənbə günü bu rejimin baş naziri Yair Lapidə qarşı sosial şəbəkələrdə ölüm təhdidinin araşdırıldığını açıqlayıb.

Sionist polisinin kiber bölməsi Lapidi öldürməklə hədələyən işğal olunmuş Fələstin sakinini izlədiyini və onun barəsində araşdırma apardığını bildirib.

Bu şəxs sosial məkanda bir yazıya reaksiya olaraq yazıb: “Yair Lapid, bu gün səni silahla öldürəcəm!”

Qeyd edək ki bir neçə ay öncə sionist rejimin sabiq baş naziri Naftali Bennetə də hakimiyyətdə olduğu müddətdə təhdid olaraq içərisində güllə olan məktublar göndərilmişdi.

Bir az sonra sionist rejimin təhlükəsizlik qüvvələri Aşkelonda 65 yaşlı qadının Naftali Bennetin evinə təhdid məktubları göndərdiyinə görə həbs olunduğunu açıqlamışdı. İbrani mediası bu qadının Benyamin Netanyahunun tərəfdarı və Likud partiyasının köhnə fəalı olduğunu yazmışdı.

Sosial şəbəkələrdə onun bu rejimin parlamentinin bir neçə sağçı deputatı və İsrail kabinetinin keçmiş nazirlərindən biri ilə birgə fotoları da mövcuddur.

Yediot Aharnot qəzeti yazıb ki, bu qadın İsrail hakimiyyətini təhdid etməkdə və partlayıcı maddələr saxlamaqda ittiham olunub.

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri