Yəmənlilər “Galaxy Leader” gəmisində rəqs etdilər – VİDEO

Yəmənin “Ənsarullah” hərəkatının üzvləri (husilər) Qırmızı dənizdə ələ keçirdikləri “Galaxy Leader”in göyərtəsindən kadrlar paylaşıblar. Videoda husilərin əllərində Yəmən bayraqları ilə rəqs etmələri görünür.

Xatırladaq ki, noyabrın 19-da husilər Ədən körfəzində “Galaxy Leader” yük gəmisini İsrailə məxsus olduğunu güman edərək ələ keçiriblər. Bir müddət sonra onlar silahlarının əhatə dairəsinə düşən İsrail bayrağı altında üzən bütün mülki gəmilərə hücum edəcəkləri ilə hədələyiblər.

Husilər daha sonra ələ keçirilən gəmi ilə bağlı planlarını açıqlayıblar. Onların sözlərinə görə, gəmi Qəzza zolağında müharibə başa çatdıqdan və yerli sakinlərə humanitar yardım göstərildikdən sonra buraxılacaq.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi