Yəmənlilər Amerikanın qabaqcıl pilotsuz təyyarəsini vurdular

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri Yəmənin mərkəzində Amerikaya məxsus “M-Q9” pilotsuz təyyarəsinin məhv edildiyini açıqlayıb.
Yəhya Səri bildirib ki, bu, Qəzzaya dəstək məqsədilə Yəmənin əməliyyatlara başlamasından bu yana Amerikanın tərəfimizdən məhv edilmiş səkkizinci pilotsuz təyyarəsidir.
Yəmən silahlı qüvvələrinin sözçüsü əlavə edib: “Biz məzlum Fələstin xalqına kömək etmək və Yəmənin müdafiəsində öz cihad vəzifələrimizi yerinə yetirməyə davam edəcəyik. Yəmən silahlı qüvvələri Amerika-İngiltərə təcavüzü ilə mübarizə aparmaq üçün müdafiə imkanlarını gücləndirməyə davam edəcək”.
Qafqaztimes xəbər verir ki, yəmənlilər Marib vilayətində Amerikaya məxsus M-Q9 pilotsuz təyyarəsini vurub, sonra onun videosunu yayımlayıblar.

Yəmən mənbələrinin məlumatına görə, bu ölkənin silahlı qüvvələri “M-Q-9”u dəfələrlə vurub, halbuki bu tip pilotsuz təyyarələr CENTCOM-un əməliyyat zonasında ABŞ-ın əsas pilotsuz təyyarələrindən biri hesab olunur və Amerika ordusu üçün hücum və kəşfiyyat əməliyyatlarının əsas yükünü daşıyır.

Al-alam

Related posts

Demo+terror+kratiya

Rusiya və ABŞ arasında oyunun sonu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur