Yəmənlilər Əbu-Dabiyə etdiyi hücuma görə İraq briqadasına təşəkkür etdilər

QafqazTimes xəbər verir ki, İraqın “Əl-Vəd əl-Həqq briqadası verdiyi bir açıqlamada bildirib ki, bu qrup 4 pilotsuz təyyarə ilə BƏƏ-nin paytaxtında strateji obyektlərə hücum edib.

Bu qrup bəyanatında əlavə edib: “BƏƏ region hökumətlərinə, xüsusən də Yəmən və İraqa müdaxiləni dayandırmadığı müddətcə, bu hücumlar daha şiddətli və ağrılı olmağa davam edəcəkdir.”

Kiber məkanda yəmənli istifadəçilər Yəmənə qarşı qəddar Səudiyyə-BƏƏ-Amerika təcavüzünə qarşı mübarizədə Yəmən xalqının yanında olduqları üçün bu qrupa təşəkkür ediblər. Bununla bağlı Yəməndə “Əl-Vəd Əl-Həqq briqadası, təşəkkürlər” və “Əl-Vəd Əl-Həqq briqadası bizim fəxrimizdir” həştəqləri populyarlaşıb.

Nasruddin Amir adlı istifadəçi Twitter-də yazıb: “Biz ABŞ və İsrailin əlaltılarının, yəni Səudiyyə Ərəbistanı və BƏƏ hökumətlərinin regionda törətdiyi iyrənc cinayətlərə qarşı ayağa qalxan hər kəsə ayrı-ayrılıqda təşəkkür edir və bu ümmətin kürəyinə sancılmış zəhərli xəncər olan bu satqın hökumətlərə qarşı onların şərəfli mövqeyini dəstəkləməyə davam edirik.”

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya