Yəmənin xarici işlər naziri: İslam İnqilabı müqavimətin tərəqqisinə səbəb oldu

QafqazTimes xəbər verir, Yəmənin xarici işlər naziri Hişam Şərəf İran mediasına verdiyi eksklüziv müsahibədə İnqilabın qələbəsinin ildönümü münasibətilə İran İslam Respublikasının xalqı, hökuməti və rəhbərliyini təbrik edib.

Yəmənin xarici işlər naziri İmam Xomeyni (r.ə) və İslam İnqilabının müqavimət cəbhəsinə təsiri ilə bağlı suala cavabında deyib: “Xüsusi vurğulamaq istərdim ki, möhkəm və inkişaf edən müqavimətin formalaşması və tərəqqisi üçün İmam Xomeyninin mübarizəsi və İran İslam inqilabının yolu böyük təsirə malik oldu. İstənilən hegemonluqla mübarizə aparmaq və onu məğlub etmək üçün aydın hədəflərə malik bir müqavimət. Şər qüvvələr həmişə bu hegemonluğu buxovlara çevirməyə və bununla da onların müstəmləkəçi siyasətlərinə qarşı çıxan istənilən gücü məhdudlaşdırmağa çalışmışlar.”

Hişam Şərəf belə davam edib: Xalqın və müqavimət dövlətlərinin mübarizəsi və onların milli və regional arenalarda güclü fəallığı Körfəz bölgəsində və İslam ümməti səviyyəsində böyük və artan bir qüvvənin- İran İslam Respublikasının mövcudluğu ilə daha da güclənəcəkdir. İran İslam Respublikasının ulduzu regionun səmasında qüdrətli və nüfuzlu bir güc olaraq irəliyə doğru və məzlumların qələbəsi istiqamətində parlamaqdadır.”

Related posts

Demo+terror+kratiya

Rusiya və ABŞ arasında oyunun sonu

Qəzza Qəssabı dünyanı xilas edəcək?