Yəmənin Səda şəhərində dünya hegemonluğu əleyhinə yürüş

QafqazTimes xəbər verir ki, bu gün Sədada dünya hegemonluğu əleyhinə fəryad adlı böyük yürüş keçirilib.

Yürüş iştirakçılarının səsləndirdiyi bəyanatda deyilir: “Sükutu pozmaq və düşmənlərin mövqelərini ifşa etmək şüarı Yəmən xalqının inanc kimliyinin qorunub saxlanmasında rol oynayır. Müsəlman ümməti Allahın düşmənlərinə qarşı ictimai səfərbərlik elan etməkdə üzərinə düşən məsuliyyəti yerinə yetirməlidir.”

Bəyanatda deyilir: “Amerika və Səudiyyə təcavüzkarlarını təcavüzün davam etməsi ilə bağlı xəbərdar edirik və əziz Yəmənin azad və müstəqil qalacağını vurğulayırıq.”

Yürüş iştirakçıları vurğulayıblar: “Biz sionist rejimlə münasibətlərin normallaşması kimi təhlükəli proses və yalnız İslam ümmətinin düşmənlərinin xeyrinə olan içi boş kompromis dəvətlər barədə ciddi xəbərdarlıq edirik.”

Bəyanatda deyilir: “Biz qəti mövqeyimizi və məzlum Fələstin xalqını dəstəkləməyə, cihad və müqavimət hərəkatının yanında olmağa davam etməyə hazır olduğumuzu bir daha təkid edirik.”

Bu arada Sənaya bağlı mənbələr Yəməndə atəşkəsin uzadılmasına işarə edərək, BMT ofisinin əsir mübadiləsi sazişinin asanlaşdırılması istiqamətində addımlar atacağına ümid etdiyini bildiriblər.

Yəmən Milli Qurtuluş Hökumətinin Əsirlərin İşi üzrə Milli Komitəsinin sədri Əbdül Qadir əl-Murtəza bildirib: “Atəşkəs uzadıldığı üçün ümid edirik ki, BMT ofisi bu prosesdən əsir mübadiləsi sazişinin həyata keçirilməsi üçün istifadə edəcək. Ümid edirik ki, yeni atəşkəs əvvəlki iki aylıq atəşkəsə bənzəməyəcək.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib