Yəmənin raket bölməsi Türkiyə istehsalı olan pilotsuz təyyarəni vurub

QafqazTimes xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri Səudiyyə Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçan aparatın Həccə əyalətinin Hiran bölgəsində məhv edildiyini açıqlayıb.

O, “Twitter” səhifəsində yazıb ki, pilotsuz uçan aparat Türkiyə istehsalı olan “Karyal” tipli olub, düşmən tapşırığını yerinə yetirərkən və atəşkəsi pozarkən “yer-hava” raketi ilə vurulub.

Səri vurğulayıb ki, Yəmən silahlı qüvvələri bu cür təcavüzlə üzləşməyə və onlara cavab verməyə hazırdır və Səudiyyə koalisiyasının bu hərəkətləri onun atəşkəs və sülh prosesinə sadiqliyində ciddilik nümayiş etdirmədiyini göstərir.

Related posts

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

İran əleyhinə yeni qətnaməyə reaksiya

Netanyahunu görən olub? ))