Yəmənin Ali Siyasi Şurası: Bugünkü əməliyyat BƏƏ və səudiyyəliləri ədəbləndirmək üçün idi

QafqazTimes xəbər verir ki, Yəmənin Ali Siyasi Şurası bazar ertəsi günortadan sonra bəyanat yayaraq, Yəmən qüvvələrinin “Yəmən Fırtınası 2” adlı əməliyyatının öz hədəfinə çatdığını vurğulayıb.

Əl-Məyadin xəbər telekanalı bu bəyanata istinadən xəbər verir ki, əməliyyat Səudiyyə Ərəbistanı və BƏƏ-nin daxilində, iki ölkənin cinayətlərinə cavab vermək və onları ədəbləndirmək üçün həyata keçirilib.

Yəmənin bu ali orqanı ordu və xalq komitələrini təcavüzkar Səudiyyə-BƏƏ koalisiyasına qarşı əməliyyatları ikiqat artırmağa çağırıb.

Yəmənin Ali Siyasi Şurası həmçinin tam sabitliklə “Yəmənin azad edilməsinə doğru irəliləyəcəyik” deyib.

Şura belə əlavə edib: “Yəmənin tarixini bilməyən hər kəs bu gün öz hesablamalarına yenidən baxmalıdır. Bu əməliyyatların verdiyi mesajlar sadəcə aysberqinin görünən hissəsidir.”

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur