Yəmənin müdafiə naziri və Ali Siyasi Şurasının üzvü ABŞ, sionist rejim, Səudiyyə Ərəbistanı və BƏƏ-ni hər hansı yeni macəra və onun dəhşətli nəticələri barədə xəbərdarlıq edib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Məhəmməd Nasir Əl Atifi bu gün (25 fevral) deyib: Düşmənlər öz hesablamalarını yenidən nəzərdən keçirməli, ədalət və sülhə nail olmaq üçün vacib hesab etdiyimiz ünsürlərlə müsbət şəkildə məşğul olmalıdırlar. Yəmən coğrafiyasında əcnəbilərin olması tamamilə qəbuledilməzdir və biz heç bir halda suverenliyimizi pozan hər hansı formada mövcudluğu qəbul etməyəcəyik.
Əl-Atifi həmçinin deyib: Biz İnqilab Rəhbəri Seyyid Əbdülməlik Əl-Husinin komandanlığı altında silahlı qüvvələrdə milli sərvətlərimizi qorumaqda heç vaxt uğursuzluğa düçar olmayacaq və şübhə etməyəcəyik.
Yəmənin müdafiə naziri deyib: Amerikalılar, sionistlər, ingilislər və onların müttəfiqləri hər hansı ehtiyatsız macəra və ya davranışa əl atmazdan əvvəl nəticələrini min dəfə düşünməlidirlər.