Yəməndə Qurana hörmətsizliyə etiraz aksiyası

Minlərlə yəmənli bu gün (23 yanvar) Yəmənin şimal bölgəsi olan Səədədə İsveçdə Qurani Kərimə edilən hörmətsizliyə qarşı etiraz aksiyası keçirib.

Əl-Məsirə telekanalının məlumatına əsasən, yəmənli etirazçılar İsveçdə müqəddəslərə olan hörmətsizliyi  müsəlmanları təhrik edən, nifrət hisslərini qızışdıran bu qəbuledilməz hərəkətləri, ərəb və islam ölkələrinin bu təhqirə susmalarını pisləyiblər.

Aksiya iştirakçıları “qəzəb, qəzəb, qəzəb… Quranın öz qoruyucuları var, zalım rüsvay olacaq”, “Quranı yandıranlar, sionist və Amerikadır”, “Quranı yandırmaq təcavüzkarlıqdır” və “Quran Allah kitabıdır, Allah düşmənləri Quranı yandırdılar” şüarlarını səsləndiriblər.

Bu xəbərə əsasən, Səədə icra başçısı aksiya iştirakçıları qarşısındakı çıxışında İsveçdə Qurana qarşı hörmətsizliyi pisləyərək deyib: bu təxribatçı hərəkət müsəlmanlara qarşı yönəlib, onların dəyərlərini təhqir edir və qorxunc səviyyəyə çatmış islamofobiya, nifrət, dözümsüzlük və ksenofobiyanın növbəti nümunəsidir. 

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur

İsrail “Gideonun Arabaları” əməliyyatı zəiflədikcə şimal Qəzzadan qoşunlarını çıxarır