Yəməndə atəşkəs daha iki ay müddətinə uzadıldı

QafqazTimes xəbər verir ki, BMT-nin Yəmən üzrə nümayəndəsi dünən günorta (cümə axşamı) Yəməndə atəşkəsin uzadıldığını elan edib.

BMT-nin Yəmən üzrə nümayəndəsi Hans Qrundberq deyib ki, Yəməndə razılaşmanın tərəfləri atəşkəs rejimini daha iki ay uzadaraq ilkin anlaşmanın şərtləri ilə razılaşıblar.

Bu elana görə, atəşkəs bu gündən yenidən icra mərhələsinə keçəcək. Qrundberq həmçinin, davamlı siyasi həll əldə olunana qədər atəşkəsin dərinləşməsi üçün səylərini davam etdirəcəyini açıqlayıb.

Qeyd edək ki, Aprelin 2-də BMT nümayəndəsi Yəməndə iki aylıq atəşkəslə quru, dəniz və hava hücumlarının dayandırılması, 18 yanacaq daşıyan gəminin Əl-Hudeydə limanlarına girişinin asanlaşdırılması və müəyyən olunmuş istiqamətlərdən Səna hava limanına və əksinə həftəlik uçuşların yenidən bərpa edilməsini elan etmişdi.

Bununla belə, Yəmən Milli Qurtuluş Hökumətinin danışıqlar qrupunun sədr müavini Cəlal ər-Ravişan bu yaxınlarda qeyd edib ki, Səudiyyə-Amerika təcavüzkar koalisiyasına üzv olan dövlətlər Yəməndə humanitar və hərbi atəşkəsi pozmaqda davam edirlər.

Related posts

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

İran əleyhinə yeni qətnaməyə reaksiya

Netanyahunu görən olub? ))