Yəməndə ABŞ-ın casus pilotsuz təyyarəsi vurulub

Qafqaztimes xəbər verir ki, Əl-Məyadin telekanalının məlumatına görə, Yəmən silahlı qüvvələri Amerikanın kəşfiyyat pilotsuz təyyarəsinin Məribdə vurulduğunu elan edib.

Yəmən Silahlı Qüvvələrinin məlumatına görə əməliyyatı zamanı Məribdə “Vadi Ubeydə” səmasında vurulan Amerikanın casus pilotsuz təyyarəsi “Scan Eagle” növündən olub.

Əl-Məsirə telekanalı həmçinin Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səriyə istinadən yazıb: “Allaha şükürlər olsun ki, Yəmənin hava hücumundan müdafiə qüvvələri hava məkanında əməliyyat zamanı ABŞ istehsalı olan Səudiyyə casus PUA-nı vurmağa müvəffəq olub.”

Həmçinin ötən gün Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri Yəmən qüvvələrinin Səudiyyə ərəbistanının “Kral Xalid” hava bazasına raket zərbələri endirdiyini açıqlamışdı.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur