Yəmən xarici şirkətlərə: İşğal olunmuş torpaqlarda investisiya qoyuluşu etməyin

Yəmən xarici şirkətlərə: İşğal olunmuş torpaqlarda investisiya qoyuluşu etməyin

Yəmən Siyasi Ali Şurasının sədri xarici şirkətlərə xəbərdarlıq edərək sionist rejimin işğal etdiyi ərazilərdə kapital qoyuluşu etməmələrini istəyib.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Mehdi Əl Məşat bu gün (2 iyun) İsrailin artıq təhlükəsiz investisiya sahəsi olmadığını qeyd edərək, Səna rəhbərliyinin İsrailin işğal etdiyi ərazilərdə fəaliyyət göstərən beynəlxalq investisiya şirkətlərini ciddi risklərə məruz qoyacaq yeni qərarlar verə biləcəyini və zərərin təkcə İsraillə məhdudlaşmayacağını açıqlayıb.

Mehdi Əl Məşat İsraildə fəaliyyət göstərən xarici investisiya şirkətlərini “dərhal geri çəkilməyə” çağırıb.

O, həmçinin bəzi şirkətlərin Yəmən Silahlı Qüvvələrinin açıq-aşkar xəbərdarlıqlarına baxmayaraq fəaliyyətlərini davam etdirdiyini bildirərək bunun “təhlükəli bir macəra” olduğunu və gələcəkdə “ağır qiymətlərin” ödənilə biləcəyini bildirib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib