Yəmən SQ sözçüsü: Ötən 3 gün ərzində “təcavüz üçbucağı” əleyhinə 6 əməliyyat həyata keçirdik

Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Qəzza xalqına dəstək məqsədilə ötən 3 gün ərzində 6 əməliyyatın həyata keçirildiyindən xəbər verib.

İRNA-nın məlumatına əsasən, general-mayor Yəhya Səri televiziya vasitəsilə verdiyi bəyanatda deyib: Qəzza xalqına dəstək və Yəmənə qarşı təcavüzə cavab olaraq Silahlı Qüvvələrimiz ötən 3 gün ərzində Qırmızı dəniz və Ədən körfəzində altı əməliyyat keçirdi.

Yəhya Səri həmçinin deyib: “Maersk Saratoga” və “APL Detroit” adlı 2 Amerika gəmisini Ədən körfəzi və Qırmızı dənizdə hədəfə aldıq. Yəmən SQ sözçüsü həmçinin işğal olunmuş Fələstin məqsədli “Pretty Lady” vı “Huang Pu” İngiltərə gəmilərinin də hədəfə alındığından xəbər verərək deyib: Yəmən silahlı qüvvələri Qırmızı dənizdə ABŞ gəmilərinə etdiyimiz 2 hücumun dünya miqyasında misli-bərabəri görünməyib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib