Yəmən sionistlərin Nevatim aviabazasına raket zərbəsi endirib

Yəmən sionistlərin Nevatim aviabazasına raket zərbəsi endirib

Yəmən Ənsarullah hərəkatı sionist rejimin Nevatim aviabazasına hipersəs ballistik raketlə zərbə endiriblər.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Ənsarullah sözçüsü Yəhya Səri bu gün ( 26 aprel) deyib: Fələstinin cənubunda yerləşən Negeva bölgəsindəki Nevatim aviabazasına “Fələstin-2” hipersəs ballistik raketi ilə zərbələr endirdik.

Yəhya Səri həmçinin deyib: Allahın köməyi ilə Amerika təcavüzü ilə qarşı-qarşıya qalacaqlar və hərbi imkanlarını inkişaf etdirməkdən əl çəkməyəcəklər. İsrail rejiminin Qəzzaya təcavüzü dayanana və zolağın blokadası qaldırılana qədər Yəmənin işğal olunmuş Fələstinin dərinliklərində hərbi əməliyyatlar davam edəcək.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib