Yəmən silahlı qüvvələrinin sionistlərin mövqelərinə hücum ilə bağlı bəyanatı

Yəmən silahlı qüvvələri Fələstin xalqını dəstəkləmək və sionist rejimin Qəzzə zolağı sakinlərinə qarşı qətl və cinayətlərinə cavab vermək üçün bir unikal əməliyyat zamanı işğal altındakı Yaffa bölgəsinin cənubundakı Əsdodun Yefne bölgəsində sionist düşmənin həssas hədəfini pilotsuz təyyarə ilə hədəfə aldığını və bu əməliyyatın tamamilə uğurlu olduğunu bildirib.

Yəmən silahlı qüvvələri bu əməliyyatın Fələstin müqavimətinə dəstək verilməsinin beşinci mərhələsi çərçivəsində həyata keçirildiyini vurğulayıb.

Bu bəyanatda bildirilir ki, Yəmən silahlı qüvvələri Yəmən ərazisinə qarşı istənilən təcavüzə daha çox hərbi əməliyyatlarla cavab verəcək və müharibə dayandırılana və Qəzza zolağının blokadası qaldırılana qədər Fələstin xalqına dəstəyini davam etdirəcək.

Qafqaztimes

Al-alam

Related posts

Həzrət Mehdinin (ə) dünyəvi inqilabının başlanğıc nöqtəsi

İnqilabın Rəhbəri: Müqavimətin miqyası bütün bölgəni əhatə edəcək/Suriyanın işğal olunmuş əraziləri azad ediləcək

Suriya azad ediləcək…