Yəmən silahlı qüvvələrinin mühüm bəyanatı/ Dron Dəmir Qübbədən yayınaraq, Təl-Əvivə hücum etdi

Yəmən silahlı qüvvələri bəyanat verərək, Yaffa dronu ilə Təl-Əvivdə həyati əhəmiyyətli bir mövqeni hədəfə aldığını açıqlayıb.

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri Təl-Əvivə pilotsuz təyyarə hücumunu elan edərkən verdiyi açıqlamada deyib: Yəmən ordusu bir neçə Yaffa tipli pilotsuz təyyarə ilə Təl-Əvivdə mühüm bir mövqeni hədəfə alıb.

O əlavə etdi: Təl-Əviv əməliyyatı öz məqsədlərinə çatdı və pilotsuz təyyarələr düşmənin müşahidəsi olmadan Təl-Əvivə daxil oldu.

Səri qeyd edib: Qəzza, İordan çayının qərb sahili, Livan və İraq cəbhələrindəki döyüşçüləri salamlayırıq və Qəzza və Livana qarşı təcavüz bitənə qədər əməliyyatlarımızı davam etdirəcəyik.

Qafqaztimes / Al-alam

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur