Yəmən Silahlı Qüvvələrinin ABŞ gəmilərinə yeni hücumu

Amerika Birləşmiş Ştatlarının USS Harry Truman təyyarə daşıyan gəmisi və düşmənin bir neçə hərbi gəmisinə qarşı keyfiyyətli hərbi əməliyyatın həyata keçirilməsi ilə bağlı Yəmən Silahlı Qüvvələrinin Bəyanatı.(19 Mart 2025)

Bismillahir-Rəhmanir-Rəhim
Allah Təala buyurdu: “Ey iman gətirənlər, əgər Allaha kömək etsəniz, O da sizə kömək edər və ayaqlarınızı möhkəmləndirər.”

Silahlı Qüvvələr, məzlum Fələstin xalqını dəstəkləmək əməliyyatlarını bərpa etdikdən sonra, Qırmızı Dənizdə düşmənin hərbi hərəkətlərini müəyyən edərək genişmiqyaslı hava hücumu üçün hazırlaşdıqlarını aşkar etdilər.

Buna cavab olaraq, Raket Qüvvələri, Dəniz Qüvvələri və Hava Qüvvələri bir sıra kruyzer raketləri və pilotsuz uçuş aparatları ilə Amerika Birləşmiş Ştatlarının USS Harry Truman təyyarə daşıyan gəmisini və düşmənin bir neçə hərbi gəmisini hədəf aldı. Allah Təalanın köməyi ilə bu, onların hücumunun zərərsizləşdirilməsi və məğlub edilməsi ilənəticələndi.

Bu, son 72 saat ərzində Amerika təyyarə daşıyan gəmisinə qarşı hədəflənən dördüncü hücumdur.

Qafqaztimes

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur