Yəmən sahillərində Britaniya gəmisinin batma görüntüləri yayıldı – ANBAAN VİDEO

Yəmən husilərinin “Ənsar Allah” hərəkatı tərəfindən Ədən körfəzində hücuma məruz qalan Britaniyaya məxsus “Rubymar” gəmisinin batması ilə bağlı video yayımlanıb.

“Rubymar”a bir neçə gəmi əleyhinə raketlə hücum edilib. Husilərin nümayəndəsi Yəhya Sariya əməliyyat zamanı gəminin heyətinin təxliyə edildiyini vurğulayıb.

Son günlər daha bir neçə gəmiyə ciddi ziyan dəyib.

Bundan əvvəl husilər Qırmızı dənizdə ticarət gəmilərinə hər 12 saatdan bir hücum etmək niyyətində olduqlarını bəyan ediblər.

Qeyd edək ki, İrana bağlı olan husilər xüsusən İsrail-HƏMAS müharibəsi başlayandan sonra mütəmadi olaraq Qırmızı dənizdə ticarət gəmilərinə hücum edirlər.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi