Qafqaztimes xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri Səudiyyə Ərəbistanının daxilində genişmiqyaslı əməliyyat keçirildiyini açıqlayıb.
Əl-Məsirə xəbər telekanalının Yəhya Səriyə istinadən verdiyi məlumata görə, “Səkkizinci qarşıdurma balansı” adlanan bu əməliyyat Səudiyyə-Əmirlik koalisiyası tərəfindən hücumların artması, cinayətlərin davam etməsi və təcavüzkar mühasirəyə cavab olaraq həyata keçirilib.
Yəmən Silahlı Qüvvələrinin sözçüsü bildirib ki, əməliyyat zamanı Ər-Riyaddakı Kral Xalid bazası dörd ədəd Səmad-3 pilotsuz təyyarəsi ilə hədəfə alınıb.
O, həmçinin vurğulayıb ki, əməliyyat zamanı Ciddə şəhərində yerləşən Kral Abdullah hava limanındakı hərbi obyektlər və bu şəhərdəki “Aramco” neft emalı zavodu 4 ədəd “Səmad-2” pilotsuz təyyarəsi ilə bombalanıb.
Səri əlavə edib ki, Yəmən qüvvələri Səməd-3 pilotsuz uçan aparatı ilə Abha beynəlxalq hava limanında mühüm hərbi obyektləri də hədəfə ala bilib.