Yəmən qadınları müqavimətin arxa cəbhəsində vuruşur

Yəmən prezident aparatının ailə məsələləri üzrə müşaviri Nəcibə Mütəhhər bu ölkə qadınlarının cəbhədə vuruşan müqavimət qüvvələrinin ailələrinin dəstəyinin təqdirəlayiq olduğunu vurğulayıb.

Əl-Aləm telekanalının məlumatına əsasən, N.Mütəhhər televiziyada verdiyi müsahibədə 2015-ci ildən bəri Səudiyyə Ərəbistanının Yəmənə qəbul etdirilmiş müharibə dövründə mücahid qadınların əhəmiyyətli roluna işarə edərək deyib: təcavüzkarlarla müharibənin arxa cəbhəsi qadınlarımızdır.

O, deyib: Problemlərin çoxluğuna rəğmən onlar ailənin ağır yükünü çiyinlərində daşımaqla bərabər ön cəbhədə vuruşan ailələrinə dəstək verirlər.

Ərəbistan ABŞ-ın dəstəyi və himayəsi ilə 2015-ci ilin martından başlayaraq Yəmənə qarşı bir neçə ərəb ölkəsi ilə birlikdə hərtərəfli hücumlara başlayıb. Ərəbistan öz hücumlarını Yəmənin istefada olan fərari prezidentini yenidən hakimiyyətə qaytarmaq istəyi ilə əsaslandırmağa çalışır. Ərəbistanın Yəmənə olan hücumları indiyə kimi on minlərlə çox yəmənlinin ölməsinə, ölkənin bütün infrastrukturlarının məhv edilməsinə səbəb olub.  

Related posts

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

İran əleyhinə yeni qətnaməyə reaksiya

Netanyahunu görən olub? ))

1 şərh

порно видео чат с девушками Mart 8, 2023 - 7:12 səhər

секс чат без регистрации. Click Here:👉 https://rt.beautygocams.com/

Add Comment