Yəmən: Qəzzə müharibəsində Amerikanın nifaq saldığı açıq-aşkar müşahidə olunur
Yəmən İnqilabının lideri Fələstin xalqına dəstək verilməsini vurğulayaraq Amerikanın Qəzzə müharibəsində mövqeyinin münafiqcəsinə olduğunu və bunun açıq-aşkar müşahidə edildiyini deyib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Əbdül Məlik Bədrəddin Əl Husi ABŞ-ın İsrailə silah satışını tənqid atəşinə tutaraq deyib: Qəzzədə Amerika istehsalı olan modern silahlarla mülki şəxslərin qətlə yetirilməsi və onların yaşayış yerləri viran edilir.
İnqilab lideri həmçinin Tel Əviv-Vaşinqton arasında yeni silah satışı barədə yeni müqaviləyə işarə edərək deyib: Bu işğalçıların silah müqaviləsinin az bir hissəsidir. Sionist rejimAmerika və digər Qərb ölkələrindən aldığı silahın həcmi 2-ci Dünya Müharibəsindən bu günə kimi alınan silahlardan daha çoxdur.
Əbdül Məlik Əl Husi həmçinin deyib: Amerikanın Qəzzə müharibəsindəki münafiqcəsinə mövqeyini müşahidə etmək çətin deyil. Amma Fələstin xalqı və müqaviməti bu müharibədə bir daha öz möhkəm iradələrini nümayiş etdirirlər.
Əl Husi söhbətinin sonunda İranın Fələstin və müqavimətə dəstəyinə görə Qərb ölkələri arasında imicinin korlanmasına işarə edərək deyib: Bu sadəcə Amerika və qərb ölkələrinin qərəzli planı olsa da İranın dini-mənəvi dəyərləri təqdirəlayiqdir.