Yəmən: Qəzzə müharibəsi dayanmayınca, heç bir təyyarə Ben Quriona yaxınlaşmasın!

Yəmən: Qəzzə müharibəsi dayanmayınca, heç bir təyyarə Ben Quriona yaxınlaşmasın!

Yəmən Ənsarullah Hərəkatı Mətbuat katibinin müavini Ben Qurion hava limanına hücumların dayanmayacağı, Qəzzə müharibəsi sonlandırılmayana qədər oraya yaxınlaşmaq istəyən hər hansı bir təyyarənin təhlükəsiz olmaması barədə xəbərdarlıq edib.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Nəsrəddin Amir bu gün (5 may) deyib: Biz bütün aviaşirkətlərə şiddətlə xəbərdarlıq edirik ki, Ben Qurion hava limanı hədəf alınacaq və Qəzza müharibəsi dayanana qədər bağlıdır. Elə bu səbəbdən də Ben Quriona təyyarə göndərməyin. Bu günə qədər bu hava limanına uçuşları ləğv edən ölkələrin və hava yollarının hərəkətlərini təqdir edirik və digər aviaşirkətləri və ölkələri bu ağıllı və təhlükəsiz davranışı qəbul etməyə çağırırıq.

Nəsrəddin Amir həmçinin işğalçıların Yəmənə qarşı sərt təhdidlərinə toxunaraq əlavə edib: Biz bu təhdidlərə əhəmiyyət vermirik. Qorxsaydıq, Qəzzanı əvvəldən dəstəkləməzdik. Bu hədə-qorxuların heç bir faydası yoxdur və yeganə faydalı addım Qəzzada müharibəni dayandırmaqdır. Biz Qəzzada qətl və soyqırımın davam etməsinə dözə bilmərik.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib