Yəmən ordusundan mühüm açıqlama: İsrail mövqelərinə hücumla eyni vaxtda Amerika təyyarədaşıyıcısını vuduq

Bu barədə Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri bu gün (çərşənbə axşamı) məlumat verib:
Raket bölməmiz işğal altındakı Yaffa və Cənubi Qüdsdə İsrail mövqelərinə qarşı iki xüsusi hərbi əməliyyat keçirib.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü deyib: İlk əməliyyat “Fələstin 2” hipersəs ballistik raketi ilə Ben Qurion hava limanını hədəf alıb.

O əlavə edib: Yəmən raket qüvvələrinin ikinci əməliyyatı da “Zülfüqar” ballistik raketi ilə işğal altındakı Qüdsun cənubundakı İsrailə aid elektrik stansiyasını hədəfə alıb.

Yəmən silahlı qüvvələrinin sözçüsü daha sonra elan edib: Yaffa və işğal olunmuş Qüdsdə 2 əməliyyat USS Harry Truman təyyarədaşıyan gəmisini hədəf alan digər əməliyyatla eyni vaxta düşüb.

O, bununla bağlı bildirib: Bu birgə əməliyyat Amerika qüvvələri ölkəmizə böyük hava hücumuna hazırlaşarkən çoxlu sayda pilotsuz təyyarə və qanadlı raketlərlə həyata keçirilib.

Yəhya Səri deyib: Dənizdəki əməliyyatlar Allahın lütfü ilə məqsədlərinə uğurla çatdı və Amerikanın ölkəmizə hava hücumu zərərsizləşdirildi.

Qafqaztimes

Al-alam

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib