Yəmən Ordusu: Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı neft təsisatlarını hədəfə aldıq

QafqazTimes xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri Səudiyyə Ərəbistanının daxilində Yəmən qüvvələrinin yeni əməliyyatının təfərrüatlarını açıqlayıb.

O, bundan əvvəl keçirdiyi mətbuat konfransında bildirib ki, Yəmən silahlı qüvvələri Səudiyyə-BƏƏ koalisiyasının Yəmən xalqına qarşı davam edən hücumları və amansız mühasirəsinə cavab olaraq “Yəmənin mühasirəsini sındırmaq üçün 2-ci əməliyyat” adlı genişmiqyaslı hərbi əməliyyata başlayıb.

Açıqlamaya görə, əməliyyatın birinci mərhələsində Səudiyyənin Ər-Riyad və Yanbu bölgəsi (Səudiyyə Ərəbistanının qərbi) və bəzi digər bölgələrdəki bir sıra mühüm və həyati əhəmiyyətli obyektləri raketlər, PUA-larla hədəfə alıb.

Səri deyib: “Əməliyyatın birinci mərhələsinin müvəffəqiyyətindən sonra Yəmən Silahlı Qüvvələri Abha, Xəmis Muşit və Cizan, Samitə və Zəhran Əl Cunub kimi bölgələrdə bir sıra həyati və mühüm hədəfləri hədəf alan əməliyyatın ikinci mərhələsini həyata keçirib.

O, vurğulayıb ki, Yəmən Silahlı Qüvvələri Yəmənin zalım mühasirəsini sındırmaq üçün unikal genişmiqyaslı hərbi əməliyyat keçirməyə qadirdir və bu əməliyyatda cinayətkar düşmənin ağlına gəlməyən hədəflər yer alacaqdır.

Related posts

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

İran əleyhinə yeni qətnaməyə reaksiya

Netanyahunu görən olub? ))