Yəmən ordusu bəyanat yaydı

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Qəzzə xalqına dəstək və ABŞ və İngiltərənin Yəmənə təcavüzünə cavab olaraq, Qırmızı dənizdə Amerikanın “Koul” ticarət gəmisini bir neçə raketlə hədəfə alındığını elan edib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Yəhya Səri dünən axşam (31 yanvar) Qırmızı dənizdə ticarət gəmisinə və Amerika esminesinə raket hücumları ilə bağlı bəyanatda deyib: “Yəmən Ordusunun Hərbi Dəniz Qüvvələri bu ana qədər İsrailin davamlı təcavüzünə məruz qalan məzlum Fələstin xalqının qələbəsi naminə, ABŞ və İngiltərənin ölkəmizə aqressiv hücumlarına reaksiya, hərbi əməliyyatda işğal olunmuş Fələstinin limanlarına doğru hərəkət edən ABŞ-ın “Cole” ticarət gəmisinə bir neçə dəniz raketi atdı. Yəmən ordusu bu hücmdan təkcə bir neçə saat sonra isə Qırmızı dənizdə ABŞ-ın “Greeley” esminesinə də hücum etdi.

Yəhya Səri həmçinin vurğulayıb: İngiltərə və amerikalıların Yəmən əleyhinə hər hansı axmaqlığına cavab vermək üçün genişmiqyaslı, yüksək keyfiyyətli hərbi əməliyyatlar keçirməkdən çəkinməyəcəyik.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir