Yəmən ordusu: ABŞ və İsrail hədəfimizdədir

Yəmən ordusu: ABŞ və İsrail hədəfimizdədir

Yəmən Silahlı Qüvvələri sionist rejim və Amerika əleyhinə 3 hərbi əməliyyat keçirdiklərindən və İsrailin Aşkelon və Təl-Əviv şəhərlərindəki hədəflərə pilotsuz təyyarələrlə zərbələr endirdiyindən xəbər verib.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Yəhya Səri bu gün (26 aprel) bəyanat verərək deyib:

Silahlı qüvvələrimiz PUA-lardan istifadə etməklə iki hərbi əməliyyat həyata keçirib. Birinci əməliyyat zamanı işğal altındakı Yaffa bölgəsində (Təl-Əviv) İsrailin mühüm obyekti hücuma məruz qalıb. İkinci əməliyyatda isə işğal altında olan Aşkelon bölgəsində İsrailin mühüm obyekti hədəf alınıb.

Bəyanatda Amerikanın Trueman esminesini də dronla hədəfə alındığı qeyd olunaraq deyilir: Məzlum Fələstin xalqı və döyüşçülərinin müdafiəsi üçün işğal olunmuş ərazilərə qarşı da iki əməliyyat keçirdik. Birgə hərbi əməliyyat zamanı Qırmızı dənizin şimalında ABŞ-ın “Truman” təyyarədaşıyan gəmisinin başçılıq etdiyi düşmən hərbi gəmilərini hədəfə aldıq.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib