Yəmən: Müsəlmanlar bir daha Fələstində baş verənləri düşünsünlər

Yəmən: Müsəlmanlar bir daha Fələstində baş verənləri düşünsünlər

Yəmən Ənsarullah Hərəkatının lideri Qəzzaya və İordan çayının qərb sahili, eləcə də Qüdsə edilən hücumların bəşəriyyət aləmi üçün utancverici bir hadisə olduğunu deyib.

Əl Aləm telekanalının məlumatına əsasən, Seyid Əbdül Məlik Əl Husi dünən (29 avqust) etdiyi çıxışında düşmən İsrailin bütün qırmızı xətləri keçərək bütün qayda-qanunları pozduğunu qeyd edərək deyib: Sionistlərin cinayətinin bütün bu həyasızlıq, cəsarət və soyqırımla davam etməsi bəşər cəmiyyəti üçün bəşəriyyət aləmi üçün rüsvayçılıqdır.

Ənsarullah lideri həmçinin vurğulayıb: İlam dini müqəddəslərinə etinasız yanaşanların öz abır-həyası, ləyaqəti və ölkəsinə etinasızlıq göstərməsi mümkündür. Bu təhlükəli bir vəziyyətdir və müsəlmanlar bu haqda yenidən düşünməlidirlər.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib