Yəmən: İsraili hava mühasirəsinə aldıq

Yəmən: İsraili hava mühasirəsinə aldıq

Yəmən silahlı qüvvələri sionist rejimi tamamilə hava mühasirəsinə aldıqlarını, başda Alled hava limanı olmaqla bütün hava limanlarına blokada qoyacaqlarından xəbər verib.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Yəhya Səri dünən axşam (4 may) bəyanat yayaraq elan edib : İsrail rejiminin cinayətlərinin genişlənməsinə və Qəzzaya qarşı təcavüzkar əməliyyatlarını artlrmaq qərarının açıqlanmasına cavab olaraq, Yəmən silahlı qüvvələri İsrail rejiminə havadan tam və hərtərəfli mühasirəyə almaq və bu mühasirəni həyata keçirmək niyyətindəyik. 

Yəmən Silahlı Qüvvələri həmçinin bütün beynəlxalq hava yolları şirkətlərini bu bəyanatın dərc edildiyi andan məzmununu ciddiyə almağa və öz təyyarələrinin və sərnişinlərinin təhlükəsizliyini qorumaq üçün cinayətkar İsrail rejiminin hava limanlarına həyata keçirdikləri bütün uçuşları ləğv etməyə çağırıb.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib