Qafqaztimes xəbər verir ki, İraq müqavimət hərəkatının sionist rejimin işğal olunmuş Suriyanın Colan bölgəsindəki mövqelərinə pilotsuz təyyarələrlə hücumu barədə xəbərlər yayılıb.
Xəbərə əsasən, İraq İslami Müqaviməti bu gün (bazar günü) elan edib ki, ötən həftə Suriyanın işğal olunmuş Colan bölgəsində sionist rejimin hərbi mövqesini pilotsuz təyyarə ilə hədəfə alıb.
Eyni zamanda, İraq müqavimət qüvvələri bir neçə gün öncə İraqın qərbindəki Ənbar əyalətindəki Ayn əl-Əsəd hərbi hava bazasına hücum edib.
Amerika qüvvələrinin yerləşdiyi bu baza raket hücumu ilə hədəfə alınıb.
İraq İslami Müqaviməti həmçinin bir neçə gün öncə səhər saatlarında işğal olunmuş Fələstin ərazilərinin cənubunda yerləşən işğalçı İsrailin həyati əhəmiyyətli hədəfinə pilotsuz təyyarə ilə hücum etdiyini elan edib və düşmənin bazalarını darmadağın etmək üçün əməliyyatların daha sürətlə davam edəcəyini vurğulayıb.
Alalam