Yəmən İsrail məqsədli 3 gəmini hədəfə aldı

Yəmən İsrail məqsədli 3 gəmini hədəfə aldı

Yəmən silahlı qüvvələrinin sözçüsü Ərəb dənizi və Ədən körfəzində İsrail məqsədli 3 gəmini dronlarla hədəfə almasından xəbər verib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Yəhya Səri dünən gecə (9 iyul) deyib: Müqavimət qrupları bu gün Amerikanın İsrail məqsədli 3 gəmisini ayrı-ayrı əməliyyatlarda hədəfə aldı və əməliyyatlarımız uğurlu keçdi.

Yəhya Sərinin sözlərinə görə Amerikanın «Maersk Sentosa» gəmisi ballistik kruz raketi ilə vuruldu və «Marthopolis» bir neçə dronla isə hədəfimiz oldu. Bu gəmilər İsrail limanına doğru hərəkətdə ikən onlara xəbərdarlıq edildi. Amma onlar xəbərdarlıqları nəzərə almadan irəliləməyə başladıqları üçün biz onları vurduq.

Yəhya Səri həmçinn Ədən körfəzində sionist rejimin MSC Patnaree gəmisinin də dron hücumlarına məruz qaldığını qeyd edib.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir