Yəmən İsrail gəmisini hipersəs raketlə vurdu

Yəmən İsrail gəmisini hipersəs raketlə vurdu

Yəmən silahlı qüvvələri Qırmızı Dənizdə bir İsrail gəmisini öz istehsalı olan hipersəs raketi ilə vurduğunu elan edib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri dünən axşam (26 iyun) bəyanat yayaraq Ərəb dənizində sionist rejimin MSC SARAH V gəmisini bu ölkə istehsalı olan “Hatim 2” hipersəs ballistik raketi ilə hədəfə aldıqlarından xəbər verib.

Yəhya Səri həmçinin “Hatim2” hipersəs raketinin ilk sınağı olduğunu və hücum anlarının videogörüntülərinin də təqdim edildiyini deyib.

Onun sözlərinə görə, raket qabaqcıl xüsusiyyətlərə malikdir, zərbəsi dəqiqdir və uzaq məsafədə hədəfləri vurur.

Yəmən rəsmisi həmçinin Hatim2 hipersəs ballistik raketinin bu sınaqdan sonra ölkənin silahlı qüvvələrinin ixtiyarına verildiyini də elan edib.

Yəmən İsrail gəmisini vurdu

www.aparat.com/video/video/embed/videohash/erz56q0/vt/frame?t=9

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib