Yəmən İsrail gəmisini hədəfə aldı

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəmən donanmasının Ədən körfəzində sionist rejim gəmilərinə və işğal olunmuş Fələstinin cənubundakı İlat limanına raket hücumlarının təfərrüatlarını açıqlayıb.

Təsnim İnformasiya Agentliyini məlumatına əsasən, generalı Yəhya Səri deyib: Yəmən Hərbi Dəniz Qüvvələri işğal olunmuş Fələstin limanlarına doğru hərəkət edən «MSC Darwin» gəmisini ballistik və Kruz raketləri ilə hədəf aldı. Əməliyyat gəminin heyətinin Yəmən dəniz qüvvələrinin çoxsaylı xəbərdarlıqlarına cavab verməkdən imtina etməsindən sonra həyata keçirilib.

Onun sözlərinə görə, Fələstin xalqının ehtiyac duyduğu qida və dərmanlar Qəzzə zolağına daxil olmadığı zamana qədər, işğal olunmuş Fələstin limanlarına gedən İsrail gəmilərinin hərəkətinə maneə törədiləcək.

Yəhya Səri qeyd edib ki, Yəmən silahlı qüvvələri ABŞ və digərlərinə İsrailin ticarət gəmilərini qorumaq üçün görünən hər hansı hücum və ya hərəkətə qarşı xəbərdarlıq edir.

Qeyd edək ki, 24 apreldə də Yəmən silahlı qüvvələri Ədən körfəzindən Hind okeanına doğru hərəkət edən Amerikanın “MAERSK YORKTOWN” gəmisini hədəfə almışdı.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir