Yəmən: Həniyyənin terror edilməsi cinayətkar düşmənə qarşı daha çox nifrət oyatdı

Yəmən: Həniyyənin terror edilməsi cinayətkar düşmənə qarşı daha çox nifrət oyatdı

Yəmən Ənsarullah Hərəkatının rəhbəri Həmas lideri İsmail Həniyyənin terror edilməsi ilə sionist rejimə qarşı daha da müqavimətli, sabit və fədakarcasına mübarizə aparmaq hisslərinin oyandığını vurğulayıb.

Əl Aləm telekanalının məlumatına əsasən, Seyid Əbdül Məlik Əl Husi dünən gecə (31 iyul) İsmail Həniyyənin şəhid edilməsinə münasibət bildirərək deyib:  Cinayətkar düşmən Həniyyəni hədəfə almaqla Qəzzə müharibəsini daha da genişləndirəcəyini zənn edir. Amma bu terrorun necə ağır nəticələri olacağını düşünmür.

Əl Husi əlavə edib: Müqavimətçi qardaşlarımızla müttəfiq olaraq məzlum Fələstin xalqı və şəhidlərimizin intiqamını almaqda əlimizdən gələni əsirgəməyəcəyik.

Həniyyənin terror cinayəti bizim daha da sabitqədəm, möhkəm və daha da əzmli olmağımıza səbəb oldu – deyə Əbdül Məlik Əl Husi sözünü bitirib.

Related posts

BMT nümayəndəsi Suriyada azad seçkilər istəyir

Colani: Suriyadakı silahlı qruplar müdafiə nazirliyi ordusuna cəlb ediləcək

ABŞ İsraildən Fələstin Muxtar Respublikası ordusunu gücləndirməsini istəyib